Formula 1 Azərbaycan Qran Prisi başladı

Bu gün 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi başlayıb.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində keçirilir.

3 yüksəksürətli hissədən və 20 döngədən ibarət olan Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə maksimal sürət 360 km/s təşkil edir. Yarışlarda 10 komanda iştirak edir.

Bu gün Bakı trekində Formula 1 bolidləri 2 məşq sessiyası keçirəcək, sabah isə F1 pilotlarının kvalifikasiya sessiyası keçiriləcək.

Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb.

Leave a Reply