DİM imtahanları kompüterlə keçiriləcək

Dövlət İmtahan Mərkəzi üçün yeni inşa olunan binada 1000-1500 nəfərin iştirak etdiyi imtahanlar kompüterlə keçiriləcək.

TIME  bildirir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün “Abituriyent” Jurnalının təqdimatında qeyd edib ki, 800 nəfərlik iş yeri olan bina inşa olunur və bu binada bütün sınaq imtahanları kompüterlə keçiriləcək.

Sədrin sözlərinə əsasən, bölgələrdə də belə şərait yaradıldıqdan sonra imtahanları kağız formatından kompüterdə keçirmək mümkün olacaq.

“Biz bu istiqamətdə bir sıra nazirliklər ilə çox sıx əməkdaşlıq edirik”, – deyə o əlavə edib.

Leave a Reply