Sabah hava nisbətən sərinləşəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

TIME    rəsmi mənbəyə istinadən bildirir ki, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 19-21° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.

Leave a Reply