Qaz təchizatı məhdudiyyətlərlə təmin ediləcək

İyunun 10-11-də bəzi rayonlarda qaz təchizatı məhdudiyyətlərlə təmin ediləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Naxçıvan” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar, 10.06.2022-ci il tarixdə saat 08:00-dan 2 (iki) gün ərzində təmir işləri başa çatanadək “Kövər” QPS-dən qaz təchizatının dayandırılması, həmçinin 10.06.2022-ci il tarixində saat 09:00-dan etibarən 2 (iki) gün ərzində təmir işləri başa çatanadək “Bərdə, “Kətəlparaq”, “Tərtər”, “Azadqaraqoyunlu” QPS-lərdən və “Bərdə” QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır, eyni zamanda 11.06.2022-ci il tarixində işin gedişindən asılı olaraq “Ağcabədi” QPS-dən qidalanan Ağcabədi rayonunda təbii qazla təmin olunan əhali və sənaye qrup istehlakçılarının qaz təchizatında müvəqqəti məhdudiyyətin yaranması ehtimalı mövcuddur.

Təmir işləri aparılan müddətdə Tərtər rayonunun qaz təchizatında tam olaraq, Bərdə, Ağdam və Yevlax rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Leave a Reply