Masallıda fəhlə iş yoldaşını bir yumruqla öldürüb

İyunun 08-də 1992-ci il təvəllüdlü Qadir Hüseynova Masallı rayonu ərazisində xəsarət yetirilməsi və aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin iş yoldaşı 2002-ci il təvəllüdlü Hüseynxan Cəfərov fəhlə kimi çalışdıqları ərzaq anbarında aralarında baş vermiş mübahisə zamanı Qadir Hüseynovun baş nahiyəsinə yumruq vurmaqla xəsarət yetirmiş, nəticədə o, almış olduğu xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlmlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hüseynxan Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Leave a ReplyCancel reply