Nizami Kino Mərkəzində tanınmış kinoşünas və rejissor, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi Ayaz Salayevin “Torpaq” filminin premyerası keçiriləcək.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və “Salnamə” studiyasıdır.
Tədbir İyunun 14 – də saat 19:00 – da Nizami Kino Mərkəzində baş tutacaq və bütün kinematoqrafçılar və tamaşaçılar dəvətlidirlər.