Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi həbs edilib

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi barəsində cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib.

TIME  Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi, tibb xidməti polkovniki Azad Abdullayevin dələduzluq etməsi faktına görə başlanmış cinayət işi üzrə 22.10.2021-ci il tarixdə CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə yekun ittiham verilməklə barəsində həbs qətimkan tədbiri seçilib. 

Həmin cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq 06.06.2022-ci il tarixdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Leave a Reply Cancel reply