Jurnalistika üzrə ixtisaslaşmalarına qəbul üçün qeydiyyatdan keçən bakalavrların imtahanı nə vaxtdır?

Ali təhsil müəssisələrinin magistraturalarının jurnalistika üzrə ixtisaslaşmalarına qəbul üçün qeydiyyatdan keçən bakalavrlar “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilərlər.

TIME   rəsmi mənbəyə istinadən bildirir ki, mərkəzin internet saytında sorğu anketini doldurmaqla qeydiyyatdan keçənlər “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi“ni çap edib götürməli və 2022-ci il iyunun 9‑dan etibarən vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Bakalavrlar jurnalistika üzrə qabiliyyət imtahanında aşağıdakı sənədləri təqdim etməlidirlər:

–  şəxsiyyətini təsdiq edən sənədi;

–  “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;

–   özlərinin dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarını, internet KİV-lərdə, radio və televiziyada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);

–   təqdim edilən materialların müəllifə məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışı.

Qeyd olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan bakalavr imtahana buraxılmır.

Yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanacaqlar.

Leave a Reply