Dörd çimərlik vətəndaşların istifadəsi üçün qənaətbəxş deyil

Abşeron yarımadasında və sahilyanı ərazidə yerləşən dörd çimərlik istifadə üçün qənaətbəxş deyil.

TIME   rəsmi mənbəyə istinadən bildirir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov “Çimərlikdə dəniz suyunun monitorinqi”nın nəticələrini açıqlayaraq deyib ki, monitorinqlər Bakı şəhərində yerləşən 7 rayonu əhatə edib.

“Eyni zamanda respublikanın cənub və şimal zonalarında və Sumqayıtda da monitorinqlər həyata keçirilib. Əsasən çimərlik ərazisində dəniz suyunun 3 nöqtəsindən – mərkəzi, sağ və sol – nümunə götürülüb. Bağırsaq çöplərinin miqdarı müəyyən olunub. Bu göstərici normadan yuxarı olursa, insanlarda xəstələnmək ehtimalı artır. Çirklənməyə əsas səbəb məişət-çirkab sularının təmizlənmədən dənizə axıdılmasındadır”.

Ziyəddin Kazımov monitorinqlərin ilkin nəticələrinə əsasən Xəzər və Binəqədi rayonu ərazisindəki çimərliklərdən vətəndaşların istifadə etməsinin məqsədəuyğun olduğunu qeyd edib.

Qaradağda Sahil, Səbaildə Şıx, Hövsan və Türkan çimərliklərindən vətəndaşların istifadə etməsi məqsədəuyğun sayılmır.

İyunun 10-15-də monitorinqlərin nəticələri barədə geniş məlumat veriləcək.

Leave a Reply