Çimərlik geyimi seçərkən nələrə diqqət yetirməliyik? – FOTO

İyunun 15-dən ölkəmizdə çimərlik sezonu rəsmən açıq elan ediləcək. Sezon yaxınlaşdıqca kişilərdən fərqli olaraq qadınlar yeni sezon üçün çimərlik geyimi axtarışına çıxırlar və bəzi hallarda dəblə məcburiyyət arasında seçim etməli olurlar. Aşağıdakı məqalədə xarici stilistlərin qadınlara çimərlik paltarları aldıqda bədən quruluşlarının özəlliklərini nəzərə almaqla seçim etmək üçün tövsiyyələrini təqdim edirik.

TIME bir sıra bloqerlərin, silistlərin və dəb mütəxəsislərinin tövsiyələrini təhlil edərək bildirir ki, çimərlik qeyimini təkcə dəbə görə deyil bədən quruluşunuzun özəlliklərinə uyğun şəkildə seçməyiniz məsləhət görülür.

Belə ki, bir qayda olaraq çimərlik qeyimi seçimində bədəninizin böyük ölçülü hissələrini visual olaraq kiçildilməsi, kiçik hissələrini isə visual olaraq böyüdülməsi məsləhət görülür. Əks halda xarici görünüşünüz qeyri estetik və hətta vulqar görünə bilər, bunu isə yəgin ki, heç kim istəməz. Çimərlik qeyimi aldıqda onun parçasına diqqət yetirmək lazımdır ki, suya girdikdən sonra arzuolunmaz kazuslarla qarşılaşmayasınız. Burada qənaət etmək və keyfiyyətsiz mal almaq xüsusi tövsiyyə olunmur.

Bikini

Şərq qadınlarının əksəriyyətinin bədən quruluşu elədir ki, daha çox həcmləri daraltmağa ehtiyac duyulur, lakin gənc qızlar bir çox hallarda sinələrini genişləndirmək istəyirlər. Stilistlər belə hallarda çimərlik qeyiminin büstqalterinə həcm əlavə etməyi tövsiyyə edir. Büstqalterin üzərində dekorativ elementlər ola bilər, misal üçün zolaqlar, müxtəlif həcm verən bəzəklər,

“Ən çox sinəmizi genişləndirmək istəyirik. Bunun üçün mayo büstqalterinə həcm əlavə etməliyik. Bu, bir növ fırıldaqlar, genişlik effekti verən büstqalter ola bilər, bir növ dekorativ elementlər ola bilər: zolaqlar, çap, köpük kauçukdan əlavələr sayəsində sinə hissəsində həcm yaratmaq mümkündür.

Əksinə, sinəni vizual olaraq kiçiltmək üçün isə seçim azdır və burada ideal çıxış yolu geniş qayışlı minimayzer büstqalterlərdir.

Ombanızı visual olaraq kiçiltmək istəyirsinizsə şaquli zolaqlı yüksək bel kəməri kəsimli şortlar almaq məsləhət görülür, çünki şaquli zolaqlar bədən quruluşumuzu vizual olaraq uzadır. Əksinə ombanız həcmsizdirsə onları vizual olaraq genişləndirəcək açıq rənqli, güllü, qısa, daha açıq bikinilər götürmək tövsiyyə edilir.

Dairə və ya alma formasımda bədən quruluşu olan qızlara stilistlər qarınlarını qizlətmək üçün hündür külotlar götürməyi tövsiyə edirlər.

Qapalı çimərlik qeyimi

Stilistlər qapalı çimərlik qeyimləri seçərkəndə eyni yanaşmadan istifadə etməyi tövsiyyə edirlər. Bədəninizi visual olaraq uzatmaq istəyirsinizsə sağ və sol tərəflərdə şaquli uzun və ensiz kəsiklər olan çimərlik qeyimi ala bilərsiniz. Bu cür çimərlik qeyimi arıqlama effektinə malikdir və düzbucaqlı bədənquruluşlu qızlar üçün ideal seçimdir.

Sinəsi və qarnı həcmli olan xanımlara stilistlər sümüklü qapalı çimərlik paltarı almaq tövsiyyə edirlər, daha arıq görünəcəksiniz.

Bonus məsləhətlər

Günəş vannası qəbul edərkən kök, qarpız, tomat şirələri içdikdə və zeytun yağı əsaslı kremlərdən istifadə etdikdə dəriniz daha tez və gözəl qaralar. Çimərlikdə qazlı sular, dondurmalar, çipslər, burqerlər və s. yeyib içmək tövsiyyə edilmir.

Sonda qeyd edək ki, günəş papaqları və eynəkləri, nazik toxunma xələtlər, pareolar, xüsusi qotuyucu günəş əleyhinə kremlər, çimərlikdə günəşdən yanmamaq, daha rahat hərəkət etmək və kafeyə qetmək üçün əvəzedilməz aksesuarlar və vasitələrdir, onları çantanızan əksik etməyin.

Leave a Reply