BNA: Şəhər mərkəzinə şəxsi nəqliyyatla səyahət etmək tövsiyə olunmur

Bakı Nəqliyyat Agentliyi (BNA) şəhər yollarında maneəsiz hərəkəti təmin etmək üçün şəxsi nəqliyyat sahiblərinə müraciət edib.

TIME   rəsmi mənbəyə istinadən bildirir ki, “Formula 1” Azərbaycan Qran Prisinin davam etdiyi günlərdə şəhər sakinlərinin ictimai nəqliyyata əlçatanlığını təmin etmək üçün zəruri tədbirlər görülür. Bu çərçivədə, əvvəlcədən də məlumat verildiyi kimi, yarış həftəsi məhdudiyyətin tətbiq olunduğu müddətdə 20 müntəzəm marşrut xətti üzrə  1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205, M3 və H1 nömrəli  avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib. Dəyişikliklər barədə ətraflı məlumatı qeyd olunan link vasitəsilə əldə etmək mümkündür. (https://bna.az/az/news/1483

 Müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi üzrə müəyyən olunan intervalla maneəsiz hərəkətini təmin etmək üçün ciddi zərurət yaranmadığı halda, şəhər mərkəzinə şəxsi nəqliyyat vasitəsilə səyahət etməmək tövsiyə olunur. Daha çox ictimai nəqliyyata üstünlük verilməsi yollarda hərəkətin maneəsiz təşkili, eləcə də lüzumsuz sıxlıqların yaranmaması baxımından məqsədə uyğun davranışdır.

Bir daha vətəndaşlarımıza bu cür mötəbər idman tədbirlərinin uğurla keçirilməsinə verdikləri dəstəyə və nümayiş etdirdikləri anlayışa görə təşəkkür edirik.

Leave a Reply