Azeri Light markalı neftin qiyməti 132,37 dollaradək artıb

Azərbaycanın Azeri Light markalı neftinin qiyməti son bir həftədə 4.6% artaraq 1 barrel üçün 132,37 dollar təşkil edib.

TIME Oilprice-ın reytinginə istinadən bildirir ki, Azeri Light markalı neftin qiyməti son bir ildə ən yüksək göstəricilərdən biridir. Mayın 31-də Azeri Light markalı neftin qiyməti rekord 133, 32 dollara çatıb, bu isə son bir ildə ən yüksək qiymət göstəricisidir.

Hazırda beynəlxalq bazarda Azeri Light markalı neft qiymət və keyfiyyət baxımlndan birinci yerdədir. Malayziyanın Tapis markalı (131,86 dollar) və İndoneziyanın Duri markalı (127,39 dollar) neft Azərbaycanın Azeri Light markalı neftindən sonra dünya üzrə qiymət baxımından ikinci və üçüncü yerdə qərarlaşıblar.

Leave a Reply