“Araz” zavoduna məxsus poliqonda partlayış olub – yaralanan var

Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavoduna məxsus poliqonda partlayış olub.

TIME   rəsmi mənbəyə istinadən bildirir ki, poliqonda sınaq zamanı 60 mm-lik minaatan partlayıb.

Partlayış zamanı bir nəfər – Almazov Razi əlindən və bud nahiyəsindən xəsarət alıb. Şirvan şəhər xəstəxanasından həkimlər onun həyati təhlükəsinin olmadığını bildiriblər.

Leave a ReplyCancel reply