Pensiyaların və maddi yardımın ödəniləcəyi vaxt açıqlanıb

Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların və Prezident sərəncamı ilə ayrılan 200 manat maddi yardımın III rüb üzrə növbəti hissəsinin ödəniləcəyi vaxt açıqlanıb.

TIME   rəsmi mənbəyə məlumat verir ki, iyunun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata əsasən, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

200 manat maddi yardımın III rüb üzrə 50 manatı iyulun pensiya ödənişləri zamanı ödəniləcək.

Digər sosial ödənişlərin köçürüləcəyi vaxt ilə bağlı məlumat yaxın zamanda veriləcək.

Leave a Reply