Abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər.
TIME rəsmi mənbəyə məlumat verir ki, imtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) DİM-in internet saytının “Xidmətlər” bölməsində > “E-xidmətlər” > “DİM-in nəşrlərinin elektron versiyalarının onlayn satışı” > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.
(Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
Xatırladaq ki, həmin hissədə 21-22 may tarixlərində keçirilən II və III ixtisas qrupları üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqlarının da izahı yerləşdirilib.