Bakıda Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində insidentin baş verdiyi bildirilib.
TIME Trend-ə istinadən bildirir ki, Penitensiar Xidmətin Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov heç bir insident baş vermədiyini deyib.
“Hansısa sayt yalan məlumat yayıb. Biz həmin sayt rəhbəri ilə əlaqə saxlamışıq. O deyir ki, guya hansısa məhkum ona belə bir məlumat verib. Amma bu tam yanlışdır. 11 saylı cəzaçəkmə müəssisəsində heç bir insident olmayıb”, – M. Sadıqov deyib.
Qeyd edək ki, bu gün KİV-də Penitensiar Xidmətin Bakı şəhərində yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində insident baş verməsi ilə bağlı iddialar yayılıb. İddialara görə, baş verən insident zamanı yaralananlar da olub.