Bill Qeytsdən yayda oxumaq üçün 5 gözəl kitab

“Mən onların hamısını bəyəndim və ümid edirəm ki, siz də xoşunuza gələn bir şey tapacaqsınız”, – deyə Bill Qeyts yayda oxumaq üçün tövsiyyə etdiyi kitabların siyahısını təqdim edərkən şərhində qeyd edib.

TIME   bildirir ki, dünyanın ən çox tanınmış biznesmen, mesenat və varlı insanlarından biri olan Bill Qeyts yayda oxumaq üçün tövsiyyə etdiyi kitablarının siyahısını hər il təqdim edir, bu il bu siyahıda 5 kitab var.

“Yayda oxumaq üçün tövsiyyə etdiyim kitabların siyahısını tərtib edərkən başa düşdüm ki, onların əhatə etdiyi mövzular tətildə oxumaq üçün olduqca ağırdırlar. Bu siyahıda gender bərabərliyi, siyasi qütbləşmə, iqlim dəyişikliyi və həyatın heç vaxt gənclərin düşündüyü kimi getmədiyi ağır həqiqət haqqında kitablar var”.

B. Qeytsin sözlərinə əsasən, mövzular ağır olsada aşağıdakı beş kitabın heç biri oxumaq üçün ağır deyil (baxmayaraq ki, təxminən 600 səhifəlik The Lincoln Highway sözün həqiqi mənasında ağır görünür): “Yazıçıların hər biri – üç romançı, bir jurnalist və bir alim – heç bir mürəkkəbliyi itirmədən ciddi bir mövzu götürüb onu maraqlı və oxunaqlı formada təqdim edə biliblər. Mən bu beş kitabın hamısını bəyəndim və ümid edirəm ki, burada siz də zövq alacaqsınız”, – deyərək o kitabların siyahısını təqdim edib.

Güc , Naomi Olderman. Roman gender rollarını və gender bərabərliyini araşdırmaq üçün tək bir ideyadan ağıllı şəkildə istifadə edir – əgər dünyadakı bütün qadınlar birdən bədənlərindən ölümcül elektrik şoku çıxarmaq gücünə sahib olsalar nə baş verər? 

Niyə biz qütbləşirik , Ezra Kləyn. Bu kitabda Kləyn inandırıcı şəkildə iddia edir ki, siyasətdə qərbləşmənin və parçalanmanın səbəbi şəxsi eyniləşmə ilə bağlıdır – insan qərar qəbul etdikdə instinktiv olaraq aid olduğu şəxsi eyniləşmə qrupunun maraqlarına uyğun hərəkət edir. Kitab əsasən Amerika siyasətindən bəhs edir, lakin eyni zamanda insan psixologiyasına da maraqlı bir baxışı göstərir.

Linkoln şossesi , Amora Taulz. Taulzun “Moskvada bir centlmen” kitabının davamı olan yeni romandır. Kitabda 1954-cü ildə analarını tapmaq üçün Nebraskadan Kaliforniyaya getməyə çalışan iki qardaşdan bəhs edilir. Taulz sanki bizim səyahətlərimizin heç vaxt düşündüyümüz kimi rahat və ya proqnozlaşdırıla bilən olmadığını demək istəyir.

Gələcək Nazirliyi , Kim Stenli Robinson. Kitab iqlim dəyişikliyi haqdadır. Robinson maraqlı ideyalar və insanlarla dolu, onillikləri və qitələri əhatə edən stimullaşdırıcı və ruhlandırıcı bir hekayə təqdim edib.

Dünya quruluşu əslində necədir, Vatslav Smil. Kitab ümumi auditoriya üçün yazılıb, adətən müəllifin yazdığı dərsliklərdən fərqlidir və onun təcrübəsinin əsas sahələrinə ümumi baxış verir. İnsan həyatını formalaşdıran bir çox əsas qüvvələr haqqında rəqəmsal düşüncəyə öyrənmək istəyirsinizsı, bu kitab sizin üçündür. Bonus olaraq Siz kitabdan bir fəsil pulsuz yükləyə bilərsiniz.

Leave a Reply