WhatsApp-a ”Mesaj redaktə” xüsusiyyəti gəlir: İlk skrinşot göründü!

WhatsApp mesajları göndərdikdən sonra redaktə etməyə imkan verən yeni funksiya üzərində işləyir. iOS, Android və masaüstü kompüterlər üçün hazırlanmış bu funksiyanın nə vaxt istifadəyə veriləcəyi hələlik məlum deyil.

TIME  bildirir ki, yeni funksiyanın WhatsApp-ı əhəmiyyətli dərəcədə dəyişəcəyi proqnozlaşdırılır, çünki funksiya geniş ictimaiyyətə təqdim olunarsa, göndərilən mesajları redaktə etmək mümkün olacaq. Beləliklə, səhv yazılmış sözlər üçün ikinci mesaj yazmağa ehtiyac qalmayacaq.

Əslində, WhatsApp tərtibatçıları bu funksiyanı 5 il əvvəl düşünmüşdülər, lakin o illərdə heç bir inkişaf olmadı və yeniləmə ertələndi.

İlkin məlumatlara əsasən, WhatsApp-ın mətn redaktəsi funksiyası Android, iOS və masaüstü versiyalarında əlçatan olacaq.

Leave a ReplyCancel reply