Qızını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulmuşdur

İyunun 3-ü saat 12 radələrində Abşeron rayon sakini  1987-ci il təvəllüdlü Jalə Davudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

       TIME   rəsmi mənbəyə istinadən bildirir ki, aparılmış araşdırmalarla zərərçəkmişin atası 1964-cü il təvəllüdlü İftixar Davudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Jalə Davudovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
         Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
İftixar Davudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
             Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir

Leave a Reply Cancel reply