Hindistanın Bakıdakı səfirliyi kinoteatrlarda Bollivud Hind filmlərinin nümayişini həyata keçirir

Hindistanın müstəqilliyinin 75 illiyi çərçivəsində Hindistanın Bakıdakı səfirliyi “Gənclik Mall”da yerləşən “Cinema Plus” kinoteatrında Bollivud Hind filmlərinin nümayişini həyata keçirir.

TIME   rəsmi mənbəyə istinadən bildirir ki, filmlər Azərbaycan dilində subtitrlərlə nümayiş olunacaq.

Bollivud Hind filmlərinin nümayişi aşağıdakı qrafikə uyğun baş tutacaq:

1) Phillauri: 3 iyun saat 16:00
2) Badrinath Ki Dulhania: 4 iyun saat 11:00
3) Nil Battey Sannata: 5 iyun saat 16:00

Hamı dəvətlidir. İlk gələnə ilk xidmət əsasında giriş pulsuzdur.

Leave a Reply