Filarmoniya ərazisində fəaliyyət göstərən “UFFO” restoranında nələr baş verib? – VİDEO

Azərbaycan Mədəniyyət Nazirliyi Facebook sosial şəbəkəsində Dövlət Akademik Filarmoniyasının ərazisində fəaliyyət göstərən “UFFO” restoranında çəkilmiş növbəti video kadrlarla bağlı açıqlama verib.

TIME bildirir ki, Mədəniyyət Nazirliyinin reaksiya verdiyi aşağıda təqim etdiyimiz video kadrlar 18 may tarixində paylaşılıb.

Mədəniyyət Nazirliyindən bildiriblər ki, restoranda çəkilmiş videolar bir müddət öncə lentə alınmış və məkanın fəaliyyəti məlum hadisədən sonra dayandırılıb. M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində bir müddət öncə fəaliyyətinə xitam verilən “UFFO” restoranında çəkilmiş video kadrlar mətbuatda geniş əks səda doğurub.

Xatırladaq ki, sözügedən ərazidə “UFFO” restoranının rəhbərliyi ilə cari ilin iyun ayından rəsmi müqavilə bağlanması üçün hazırlıq işlərinə başlanılıbmış, lakin restoran rəsmi şərtlərə əməl etmədən özbaşına fəaliyyətə başlayıb və ictimaiyyət qınağına səbəb olub.

Leave a Reply