Azərbaycanın iki elektron sistemi çempion layihə seçilib

Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (WSIS-2022) çərçivəsində “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2022” (WSIS-2022 müsabiqəsinin qalibləri mükafatlandırılıb.

TIME   rəsmi mənbəyə istinadən bildirir ki, müsabiqəyə müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın ayrı-ayrı hökumət və qeyri-hökumət qurumları tərəfindən elektron sistemlərə dair layihələr təqdim olunub.

Ümumilikdə 18 nominasiya üzrə keçirilən müsabiqədə Azərbaycandan təqdim olunan “ASAN Bridge” sistemi “İKT tətbiqində etimad quruculuğu və təhlükəsizlik” nominasiyası üzrə ən çox səs toplayan ilk 5 layihədən biri olub və “çempion layihə” seçilib.

Bununla da Azərbaycan İKT-nin uğurlu tətbiqi sahəsində növbəti dəfə BTİ-nin mükafatına layiq görülüb.

Leave a Reply