Xaricdə doktorantura təhsilinə dair II sənəd qəbulunun tarixi açıqlanıb

İyulda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2022-ci il üzrə ikinci sənəd qəbuluna başlanılacaq.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları proqrama müraciət edə bilərlər. Proqrama müraciət tarixləri iyul-sentyabr aylarını əhatə edəcək.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı ilə  keçiddən tanış ola bilərsiniz.

Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya dpinfo@edu.gov.az mail ünvanına müraciət etmək mümkündür.

Leave a ReplyCancel reply