Türk Respublikaları kinematoqrafçıları ittifaqlarının konfederasiyasının yaradılması təklif edilib

Mayın 31-də Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransı keçirilmiş, sədr və İdarə Heyətinin yeni tərkib hissəsi təsdiq olunub.

TIME   rəsmi mənbəyə istinadən bildirir ki, konfransda Xalq yazıçısı Anarın təklifilə açıq səsvermə keçirilmiş və  AKİ katibi, Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri, İdarə Heyətinə yeni üzvlər olaraq filologiya elmləri doktoru, BDU-nun professor Qulu Məhərrəmli, sənətşünas, ssenarist Nadir Bədəlov, kinorejissor Rövşən İsax, MDB Ölkələri Kino İttifaqları Konfederasiyasının təşkilat katibi, prodüser, aktrisa Fatimə İbrahimbəyova seçilmişdir.

1 / 6

F.İbrahimbəyova öz çıxışında MDB Ölkələri Kino İttifaqları Konfederasiyasınin işi haqqında məlumat vermiş və ümumi olaraq regionda yaranan vəziyyətlə bağlı yeni qərarların verilməsinin vacibliyini qeyd etmişdir. Bundan başqa, o, öz təklifini irəli sürərək bildirmişdir ki, MDB Türk Respublikaları Kinematoqrafçıları İttifaqları Konfederasiyası təsis edilsin, qərargahı Bakıda olmaqla fəaliyyət göstərsin. Konfrans təşəbbüsü yekdilliklə dəstəkləyib, İdarə Heyəti qarşıdakı aylarda bu istiqamətdə addımlar atmağı planlayır.

Konfransda Xalq yazıçısı Anar Rzayevin təklifi əsasında açıq səsvermə ilə Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçildi, eyni zamanda AKİ İdarə Heyətinin əvvəlki tərkibi saxlanılmaqla, yeni tərkibi təsdiq olundu. İdarə Heyətinin əvvəlki tərkibi saxlanılmaqla, yeni tərkib hissəsi də təsdiq olundu:

Anar Rzayev(Xalq yazıçısı)

Rasim Balayev(Xalq artisti)

Firəngiz Qurbanova(Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar incəsənət xadimi)

Cəmil Fərəcov(kinorejissor, Əməkdar İncəsənət xadimi)

Baba Vəziroğlu(şair, tərcüməçi, Əməkdar incəsənət xadimi)

Əli İsa Cabbarov(kinorejissor, prodüser, ssenarist)

Oleq Səfərəliyev(kinorejissor)

Ziya Şıxlinski(kinorejissor)

Əsəd Əsədov(Səs operatoru, Əməkdar mədəniyyət işçisi)

Nizami Abbas(rejissor, Əməkdar incəsənət xadimi)

Tahir Tahiroviç(rejissor)

Həmidə Ömərova(Xalq artisti)

Şükufə Yusupova(Xalq artisti)

Lalə Əfəndiyeva(prodüser, “Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondu” İctimai Birliyinin direktoru)

Mirbala Səlimli(teatr və kino rejissoru, Əməkdar incəsənət xadimi)

Cavid İmamverdiyev(rejissor, ssenarist, prodüser)

Məbud Məhərrəmov(Xalq artisti)

Qulu Məhərrəmli( Filologiya elmləri doktoru, professor)

Nadir Bədəlov(sənətşünas, ssenarist)

Rövşən İsax(rejissor),

Fatimə İbrahimbəyova(MDB Ölkələri Kino İttifaqları Konfederasiyasının təşkilat katibi, prodüser.

Leave a Reply Cancel reply