“Mədəniyyətimizin beşiyi Şuşa”

İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq “Şuşa İli”nə həsr edilən “Mədəniyyətimizin beşiyi Şuşa” adlı tədbir keçirilib.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, tədbirdə ilk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Şəhidin yuxusu” adlı filmə baxılıb və İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin Xalq teatrının təşkilatçılığı ilə dahi Azərbaycan şairi Səməd Vurğunun “Vaqif” dramından ədəbi-bədii kompozisiya təqdim olunub. Tədbirdə 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atmasından bəhs edilib.

Daha sonra Azərbaycan Respublikasının Əməkdar artisti, Sənət akademiyasının rəhbəri Aybəniz Haşımova və sənət akademiyasının tələbələri, “Niyal” instrumental ansamblının solistləri, Aşıq Elman Talıstanlı çıxış edib

Leave a ReplyCancel reply