“Xüsusi qabiliyyət imtahanları jurnalı”nın 2-ci sayı nəşr edilib

Bu sayımızda orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər üçün qəbul proqramları onların ixtiyarına verilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, jurnalda Təsviri sənət, Musiqi sənəti, Teatr, Kino və Xoreoqrafiya sənəti, Bədən tərbiyəsi və Idman istiqamətləri üzrə qabiliyyət imtahanları haqqında geniş məlumat verilib.

Beləliklə, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan bu jurnalda

– qəbul proqramları;

– müsabiqə şərtləri (minimum bal, minimal şərtlər);

– Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları üzrə imtahanların siyahısı;

– qiymətləndirmə meyarları (yekun qiymətin hesablanması qaydası);

– imtahanlara hazırlıqla bağlı tövsiyə və məs­lə­hətlər;

– tapşırıq nümunələri;

– Bədən tərbiyəsi və idman istiqaməti üzrə normativlər;

– abituriyentləri ən çox maraqlandıran suallara cavablar;

– XQTİ-lər üzrə kadr hazırlığı aparan təhsil müəssisələri haqqında məlumat verilib.

Jurnalı DİM-in Nəsimi rayonu A.Salamzadə küçəsi, 28 ünvanında yerləşən “Abituriyent” satış köşkündən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Xatırladırıq ki, ali təhsil müəssisələrinin XQTİ-nə qəbul üçün keçirilən qabiliyyət imtahanları haqında ətraflı məlumat “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında verilib.

Leave a Reply Cancel reply