ÜST Ümumdünya Tütünsüz Gün münasibəti ilə hansı çağırışlarla çıxış edib?

Bu gün, 31 may 2022-ci, Ümumdünya Tütünsüz Gün keçirilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, tütün sənayesinin ətraf mühitə zərərli təsiri böyükdür və planetimizin onsuz da qıt olan resurslarına və kövrək ekosistemlərinə lazımsız təzyiqlər əlavə edir.

Tütün hər il 8 milyondan çox insanın ölümünə səbəb olur və ekologiyamızı məhv edir, becərilməsi, istehsalı, paylanması, istehlakı və istehlakdan sonrakı tullantılar vasitəsilə insan sağlamlığına daha çox zərər verir. Ümümdünya Səhiyyə Təşkilatı tütünsüz gün münasibəti ilə dünya ictimaiyyətinə çağırışlarla müraciət edib.

Tütün ətraf mühitə zərər verir

Tütün yetişdirilməsi, istehsalı və istifadəsi suyu, torpağı, çimərlikləri və şəhər küçələrini kimyəvi maddələr, zəhərli tullantılar, siqaret kötükləri, o cümlədən mikroplastiklər və elektron siqaret tullantıları ilə zəhərləyir. Tütün sənayesinin davamlılıq təşəbbüslərinə ianə vermək və tez-tez özləri təyin etdikləri ekoloji “standartlar” haqqında hesabat verməklə məhsullarını yaşıllaşdırma yolu ilə ətraf mühitə vurduğu zərərlərdən yayındırmağa çalışmaq cəhdinə qapılmayın.

Tütün sənayesini öz fəaliyyətinin fəsalarını təmizləməyə məcbur edin

Tütün sənayesi ətraf mühiti məhv etməklə qazanc əldə edir və ətraf mühitin məhvinə görə cavabdehlik daşımalı və tullantıların və zərərin əvəzini ödəməli, o cümlədən bu tullantıların toplanması xərclərini ödəməlidir.

Planetimizi xilas etmək üçün tütündən imtina edin

İstifadə olunan hər siqaret və ya tütün məmulatı varlığımızın asılı olduğu qiymətli resursları israf edir. Öz sağlamlığınız və planetimizin sağlamlığı üçün tütündən imtina edin. Tütün tüstüsü havanın çirklənməsi səviyyəsini artırır və üç növ istixana qazını ehtiva edir.

Tütünçülərə davamlı məhsullara keçməyə kömək edin

Hökumətlər və siyasətçilər tütünə qarşı mübarizə tədbirlərini həyata keçirməyə davam edərkən tütün yetişdirilməsi, müalicəsi və istehsalının ətraf mühitə təsirini azaltmaq üçün tütün istehsal edən fermerlərə alternativ, daha dayanıqlı dolanışıq vasitələrinə keçmək üçün dəstək verməlidirlər. 

Leave a Reply Cancel reply