Formula 1 keçirilən ərazidəki məktəblər distant təhsilə keçəcək?

Formula 1 yarışları uzun müddət Azərbaycanda keçirildiyindən yarış ərazisində olan məktəblərin kifayət qədər təcrübəsi var. Təhsil nazirliyi əsasən bu məsələni həmin məktəblərin rəhbərləri və valideynləri ilə müzakirə edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, yarışların əksəriyyəti həftəsonuna təsadüf edir.

“Tədris prosesi ilə bağlı dəyişiklik məktəb səviyyəsində verilən qərarla tənzimlənir. Həmin ərazilərdə yerləşən məktəbin rəhbərliyi və valideynlər həmin günlərdə ictimai nəqliyyatla məktəbə gəlməyi uyğun hesab edərlərsə, dərslər davam edir. Əgər bu hal mümkün olmasa, 1 və ya 2 gün digər qeyri-dərs günləri ilə əvəz oluna bilər”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.

Leave a Reply Cancel reply