DİM kotirovka sorğusu elan edib

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, “Ofis mebellərinin təmiri, plastik arakəsmələrin və qapıların yığılması və quraşdırılmasının” satın alınmasına dair kotirovka sorğusu elan edib.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, şərtlər toplusu “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu əsasında hazırlanıb və bu Qanuna əsasən həyata keçiriləcək.

Şərtlər toplusu ilə bağlı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonar Sifarişçi) ilə iddiaçılar arasında bütün sorğu və izahatlar Portal (və ya elektron poçt) vasitəsi ilə aparılacaq.

Kotirovka sorğusunda İştirak haqqı 100 manat təşkil edir.

Kotirovkanın  predmeti ofis mebellərinin təmiri, plastik arakəsmələrin və qapıların yığılması və quraşdırılmasının satın alınması.

Kotirovka üzrə təklif zərfləri 13 iyun 2022-ci il tarixi saat 17:00-a qədər Portal vasitəsi ilə qəbul olunacaq. Zərflər 14 iyun 2022-ci il tarixində saat 12:00-da açılacaq.

Satınalmalar komissiyasının əlaqələndirici şəxsi: İlham Əliyev, tel.:(012) 310 53 16, daxili 1704, e-mail: i.aliyev@dim.gov.az

Leave a Reply