“Qarabağ” mövzusunda ssenari müsabiqəsi elan edilib

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “AZƏRBAYCANFİLM – 100” adlı ssenari müsabiqəsi elan edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, tammetrajlı bədii film ssenarisi kateqoriyasında keçirilən müsabiqənin məqsədi kinematoqrafiya sahəsində çalışan yaradıcı şəxslərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək və kinostudiyanın ssenari portfelini formalaşdırmaqdır.

Kinostudiyanın 100 illiyi münasibəti ilə elan olunan müsabiqə “Qarabağ” mövzusunda keçirilir. Sənədlərin qəbulu 1 iyun – 30 iyun 2022-ci il tarixlərində elektron şəkildə musabiqe@azerbaijanfilm.az poçt ünvanı vasitəsilə aparılır.

Qalibləri kinostudiya nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək.

Müsabiqənin qaliblərinə müvafiq olaraq 10.000, 8.000 və 5.000 manat məbləğində mükafat veriləcək.

Qaliblərin adları 2022-ci il avqust ayının 2-də Azərbaycan kinosu günündə elan olunacaq.

Reqlamenti bu likdən yükləmək mümkündür: http://culture.gov.az/medias/media/other/814/reqlament.doc

Leave a ReplyCancel reply