Azərbaycanın Zəngilan rayonunda inovativ layihələr həyata keçirilir

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda intensiv meyvə bağı ilə tanış olublar.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər və burada yaradılan şəraitlə tanış olublar.

Sonra dövlətimizin başçısı və birinci xanım Ağalı kənd sakinləri ilə görüşüblər.

Leave a Reply