Azərbaycanın ən yaşlı seçicisinin neçə yaşı var?

Azərbaycanın ən yaşlı kişi və qadın seçicilərin yaşı məlum olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bu haqda məlumat verib.

O qey edib ki, Azərbaycanın ən yaşlı seçicisi qadındır. Bu, Gədəbəy rayon sakini 1900-cu il təvəllüdlü Nuriyeva Şərabanı Əli qızıdır. Onun 122 yaşı var.

Ən yaşlı kişi seçici isə 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur. Onun 107 yaşı var.

Leave a Reply