Şirkət əmək müqaviləsiz işçi işlətdiyinə görə 20 min manat cərimələndi

Zaqatala Modern Hazırlıq Mərkəzi MMC-də əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Zaqatala rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla Zaqatala Modern Hazırlıq Mərkəzi MMC tərəfindən 1 nəfər şəxsin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edildiyindən MMC-nin direktoru Vüqar Bəkirov və MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq vəzifəli şəxslə bağlı qərarın surəti zəruri sənədlərlə birlikdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala Regional Şöbəsinə, hüquqi şəxslə bağlı qərarın surəti isə aidiyyatı üzrə baxılmasından ötrü Zaqatala rayon məhkəməsinə göndərilib.

Nəticədə-Vüqar Bəkirov 4200 manat məbləğində, hüquqi şəxs Zaqatala Modern Hazırlıq Mərkəzi MMC isə 20 min manat məbləğində inzibati cərimə edilib.

Leave a Reply Cancel reply