Elektron imzadan istifadə ilə bağlı yeni tariflər müəyyən edilib

Azərbaycan Respublikası Nazirlər Kabineti “Daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri üçün elektron imzadan istifadə ilə bağlı tarif”in və “Daxili idarəetmə proseslərinin elektron sistemləri üçün Data Mərkəzindən istifadə ilə bağlı tariflər”in təsdiq edilməsi haqqında Qərar qəbul edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri üçün elektron imzadan 3 illik istifadə ilə bağlı tarif ƏDV daxil olmaqla 16 manat məbləğində təyin edilib.

Daxili idarəetmə proseslərinin elektron sistemləri üçün Data Mərkəzindən istifadə ilə bağlı tariflərlə burada tanış ola bilərsiniz.

Leave a Reply