Bakıda “Texnofest” festivalı başlayıb – VİDEO

Bu gün Bakıda “Texnofest” festivalı başlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, festivalın ilk günündə müxtəlif hava şouları və attraksionlar təşkil olunub.

Festivalın açılışında Rəqəmsal İnkişaf və Nəqliyyat naziri cənab Rəşad Nəbiyev çıxış edib:

““TEKNOFEST Azərbaycan” elmi, texnologiyanı sevən gənclərimizə özünü sınamaq, ideyalarını reallaşdırmaq imkanı verəcək, təcrübə qazandıracaq”, -deyə nazir gənclərə səslənib.

“TEKNOFEST” İdarə Heyətinin sədri və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar “TEKNOFEST Azərbaycan” festivalının açılışında çıxışında uğur formulu ilə bölüşüb: “Apardığınız işlərin başlıca məqsədi insanlığın inkişaf yoludursa, aldığınız nəticə sizi zirvələrə yüksəldəcək!”

Hazırda “TEKNOFEST Azərbaycan” festivalının “TAKE OFF BAKU” sammiti kdeçirilir.

Sammit çərçivəsində yerli və beynəlxalq tərəfdaşlardan ibarət münsiflər heyəti 50 startap arasından yarım final və final mərhələsinin qaliblərini seçəcəklər.

“Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir.

Bu ilən Bakıda heyəti azərbaycanlı mütəxəssislərdən ibarət olan “Teknofest” “prodakşn” ofisi fəaliyyət göstərir.

“Teknofest” Festivalı mayın 29-a qədər davam edəcək.

Leave a Reply