Azərbaycan reqionları “ağıllı şəhər” və “ağıllı kənd”lərə transformasiya ediləcəklər

Azərbaycanda rəqəmsal transformasiya hökumətin gündəliyində duran prioritetlərdən biridir. Ölkənin işğaldan azad edilmiş ərazilərində “ağıllı şəhər” və “ağıllı kənd”lərin qurulması, eləcə də ənənəvi şəhərlərin “ağıllı şəhər”lərə transformasiyası qarşıda duran əsas hədəflərdir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Türk Dövlətləri Təşkilatının İnformasiya və Kommunikasiya texnologiyaları üzrə məsul nazirlərinin iclası zamanı çıxışında Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa, xüsusilə, İKT sahəsində əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

“Rəqəmsal transformasiyanın genişlənməsi 4-cü sənaye inqilabına keçidlə yanaşı, kibertəhlükələr üçün yeni sahələr və hədəflər yaradır”, – deyə nazir əlavə edib.

Rəşad Nəbiyev, həmçinin kibertəhlükəsizlik sahəsində, eyni zamanda, e-imzaların tanınması ilə bağlı həm çoxtərəfli, həm də ikitərəfli formatda işlərə başlanılması təklifini irəli sürüb.

Leave a ReplyCancel reply