Azəbaycana gələn turistlərin sayı sərt karantin rejimi dövrü ilə müqayisədə 2 dəfə artıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 330,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, gələnlərin 26,2 faizi Rusiya Federasiyası, 25,3 faizi Türkiyə, 14,7 faizi İran, 6,1 faizi Gürcüstan, 3,2 faizi Ukrayna, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Hindistan və Pakistan, 1,5 faizi Qazaxıstan, 1,3 faizi Küveyt, 1,2 faizi Böyük Britaniya, 11,7 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 80,3 faizini kişilər, 19,7 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 496,5 dəfə, Küveytdən – 138,4 dəfə, Səudiyyə Ərəbistanından – 138,3 dəfə, Bəhreyndən – 54,6 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən – 46,3 dəfə, Pakistandan – 30,4 dəfə, Hindistandan – 18,4 dəfə, İsraildən – 7,3 dəfə, ABŞ-dan – 5,9 dəfə, Qazaxıstandan – 4,1 dəfə, Fransadan – 3,5 dəfə, Almaniyadan – 3,4 dəfə, Ukraynadan – 2,5 dəfə, Böyük Britaniyadan – 2,3 dəfə, Türkiyədən – 1,9 dəfə, İrandan – 1,8 dəfə, Rusiya Federasiyasından – 1,6 dəfə, Gürcüstandan – 14,4 faiz artıb.

2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,7 dəfə artaraq 16,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,6 dəfə artaraq 73,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 110,7 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 52,0 faizi hava, 46,0 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə edib.                                                                                

2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,5 dəfə artaraq 400,2 min nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,7 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı 2,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,9 dəfə artmışdır. Ölkə vətəndaşlarının 45,5 faizi Türkiyəyə, 16,7 faizi Rusiya Federasiyasına, 13,1 faizi İrana, 8,2 faizi Gürcüstana, 16,5 faizi digər ölkələrə səfər edib.  Gedənlərin 67,1 faizini kişilər, 32,9 faizini qadınlar təşkil edib.

2022-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 56,7 faizi hava, 40,6 faizi dəmir yolu və avtomobil, 2,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Leave a Reply