Mövsümi meyvə və tərəvəzlərin qiyməti niyə bahadır?

Mövsümi meyvə və tərəvəzlərin əvvəlki illərlə müqayisədə bu il baha olması nə ilə bağlıdır? Bu sualın cavabını Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Bəşir Quliyev verib.

TIME Trend-ə istinadən bildirir ki, Bəşir Quliyev may ayında havaların soyuq, yağıntılı keçməsi məhsuldarlığa ciddi təsir etdiyini qeyd edib: “Bu da mövsümi meyvə və tərəvəzlərin bahalaşmasına səbəb olur”

Nəticə olaraq hazırda Bakıda “8-ci km” bazarında aparılan müşahidələrə əsasən çiyələk 3-5 manat, alça 2-10 manat, gilas bəzi yerlərdə 8 manata satılır. Hətta bazarda bəzi satıcılar gilası 20 manata da təklif edir. Ağ və qara tutun arasında qiymət fərqi yoxdur – hər ikisi 4 – 8 manata satılır. Şaftalı 4-7 manat arası, ərik 5 manata, yemiş və qarpızın isə kilosu 2 manat aralığında dəyişir.

Leave a Reply