IV siniflərdə monitorinqin məqsədi nədir? – VİDEO

Azərbaycan Təhsil Nazirliyi “Təhsil masası” verilişində IV siniflərdə monitorinqin keçirilməsinin məqsədi və qaydası haqda məlumat verilib.

TIME bildirir ki, nazirliyin sektor müdiri Anar Mirzəzadə monitorinqin keçirilməsində məqsəd təhsilalanların nailiyyətlərinin yaxşılaşdırılması olduğunu qeyd edib: “Bunula yanaşı, məqsədimiz dördüncü sinifdə və ya ibtidai təhsil səviyyəsində şagirdlərin müvafiq standartlar çərçivəsində bilik və bacarıqların hansı səviyyədə mənimsədiyini müəyyənləşdirilməsi və ümumiyyətlə ibtidai təhsil səviyyəsində təhsil keyfiyyətinin artırılmasıdır. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə keçiriləcək. Tədris dili üzrə 30 qapalı sual, riyaziyyat üzrə isə 27 qapalı və 3 açıq sual şagirdlərə təqdim olunacaq. Bütün suallar dördüncü sinifdə müəyyən edilmiş standartlara uyğun tərtib edilir”.

Monitorinqlər iyunun 7-də saat 10.00 şagirdlərin tədris aldıqları məktəblərdə keçiriləcəklər. Monitorinq 2 saat davam edəcək və şagird hər-hansı səbəbdən sinifi tərk etmək istədikdə bunu, sonradan sinifə qayıtmaq şərti ilə, edə biləcəklər.

Monitorinqlər keçirilən bütün məktədlərdə 2 və daha artıq sinif komplekti olan təhsil müəsisələrində prosesə nəzarət təhsil nazirliyi tərəfindən müəyyən edilmiş imtahan rəhbəri və imtahan nəzarətçisinin olması nəzərdə tutulub. Şagirdlərin az olduğu məktəblərdə isə bu nəzarəti məktəbin rəhbəri aparacaq. Monitorinqdə iştirak ödənişsizdir. Monitorinqdə iştirak mütləqdir, üzürlü səbəb olmadan iştirakdan yayınma icazə verilmir.

Məktəbdaxili qiymətləndirməyə monitorinqin nəticələrinin təsiri yoxdur və şagirdin sinifdən sinifə keçməsinə heç bir təsir göstərməyəcək.

Leave a Reply