Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın növbəti görüşü Moskvada keçiriləcək

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü gələn həftə Moskvada keçiriləcək.

TIME bildirir ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərin suallarını cavablandırarkən görüşün təxmini vaxtını da deyib: “Ümid edirik ki, görüş gələn həftə baş tutacaq”.

Əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında ötən gün Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.

Komissiyanın ikinci görüşünün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.

Leave a Reply