Şamaxı türk dünyasının turizm paytaxtı oldu

Şamaxı şəhəri 2022-ci il üçün türk dünyasının turizm paytaxtı seçilib.

TIME bildirir ki, qərar Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupunun 17-ci iclasında qəbul edilib.

Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşündə təşkilatın Baş katibi Bağdad Amreyev, Özbəkistanın Baş Nazirinin müavini, turizm və mədəni irs naziri Əziz Abduxakimov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan, Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini Yerjan Yerkinbayev, Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyev, eləcə də təşkilatda müşahidəçi statusa malik Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi iştirak ediblər.

Türkmənistan mədəniyyət nazirinin müavini Nursahet Şirimov isə tədbirə onlayn qoşulub.

Görüşdə “Türk Dünyası Turizm Paytaxtı” təşəbbüsü ilə bağlı qaydalar təsdiq edilib və “Türk Dövlətləri Təşkilatının Turizm üzrə Yol Xəritəsi” sənədi qəbul olunub.

Leave a Reply