Rüsumlarla bağlı dəyişikliklər üzrə uyğunlaşdırmalar aparılıb

 Nazirlər Kabinetinin 204 205 № li Qərarları ilə rüsumlarla bağlı dəyişikliklər üzrə uyğunlaşdırmalar aparılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qərarlara əsasən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklə həmin Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun tam məbləğdə dövlət büdcəsinə köçürülməsi müəyyən edilib.

Qeyd olunanlarla əlaqədar müvafiq hüquqi aktlarda bəhs olunan istiqamətlərdə uyğunlaşdırma aparılıb.

Leave a Reply