Qızların təhsildən yayındırılması və erkən nigahlar – VİDEO

Bu gün Şəmkir rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi  və Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Qızların təhsildən yayındırılmasının hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda tədbir keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, tədbirdə dövlətin uşaqların təhsilinə, o cümlədən qızların təhsildən yayındırılması hallarına qarşı ciddi mübarizə apardığı qeyd edilib.

Şəmkir rayon prokurorunun müavini Anar Haqverdiyev və Şəmkir  RPŞ-nin Zəyəm bölməsinin rəisi polis polkovnik-leytenantı Qədim Həsənov qızların təhsildən yayındırılmasının erkən nigahla əlaqələndirərək belə hallara qarşı hüquqi tədbirlərin görüldüyünü bildiriblər.

Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.

Sənədli filmdə müxtəlif vədlərlə aldadılaraq özlərini və ailələrini radikal dini cərəyanların qurbanına çevirmiş şəxslərin doğmaları onların bu cərəyanlara necə qoşulmasından, yaşadıqları əziyyətlərdən danışıblar. Nadir Bədəlovun ssenari müəllifi, Böyükağa Məmmədovun quruluşçu rejissorluğu ilə ərsəyə gələn filmin əsas məqsədi dini radikalizmin fəsadlarını cəmiyyətin bütün təbəqələrinə çatdırmaq və insanları məlumatlandırmaqla onları bu mübarizəyə cəlb etməkdir.

Film vasitəsilə dini radikalizmin qurbanı olmuş insanların timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır. Filmin ssenari müəllifi Nadir Bədəlov, məsləhətçilər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılovdur.

Leave a Reply