Bu il Həcc ziyarəti neçəyə başa gələcək?

Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başlayıb.

TIME Trend-ə istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata əsasən bu il Azərbaycana 680 nəfərlik kvota verilib.

Həcc ziyarətinin qiyməti təqribən 9100 manat təşkil edir.

Ziyarətin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Eyni zamanda, ziyarət üçün iki doza vaksin tələb olunur.

Leave a ReplyCancel reply