Azərbaycan Təhsil Nazirliyi Şuşa Real Məktəbinin hansı şəkildə bərpa ediləcəyi ilə bağlı video çarx payıaşıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, ötən həftə Prezident İlham Əliyev Şuşa Real Məktəbinin bərapasına 1 milyon manat məbləğındə vəsaitin ayrılması ilə bağlı sənəd imzalayıb.
Video çarxda göründüyü kimi məktəb üç mərtəbəli olacaq və bərpa olunan enerji mənbələri ilə təchiz ediləcək.
Müasir arxitektur dizaynda tikiləcək binanın geniş auditoriyaları və yaşıllıqlı həyəti olacaq. Məktəbdə xüsusi musuqi, rəqs, rəsm studiyaları fəaliyyət göstərəcək. Məktəbin özünəməxsus yeməkxanası olacaq.