Reqionlarda əhalinin 45%-nin internetə çıxışı məhduddur

Pandemiya dövründə ədliyyənin rəqəmsallaşdırılması reqionlarda yaşayan əhalinin internetə çıxış imkanlarını təmin etmək xüsusi vacibdir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu gün Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə qeyd edib ki, 2022-ci ili əhatə edən tədbirlər planında 40-a yaxın müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

“Bu gün insanların 55 faizinin internetə çıxışı var, 45 faizin isə müxtəlif səbəblərdən internetə çıxış imkanları məhduddur. Bunu biz pandemiya dövründə daha aydın görə bildik. Artıq növbəti onilliklərdə sosial bərabərsizlik deyil, rəqəmsal bərabərsizlik problemlərindən danışmağa başlayacağıq. Ədliyyənin rəqəmsallaşdırılması müsbət haldır. Amma rəqəmsal xidmətlərə çıxış üçün yerlərdə əhalinin internetə çıxış imkanları təmin edilməlidir ki, bu xidmətlərdən yararlana bilsinlər”,- H.Hüseynov bildirib.

Leave a Reply