Hüquqi şəxslərin dövlət reyestrinin aparılması Qaydalarına dəyişiklik edilib

Nazirlər Kabinetinin 203 № li Qərarı hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydalarına dəyişiklik edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qərara əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilərək yeni 13.3-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə kommersiya qurumları və publik hüquqi şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində dövlət qeydiyyatına alındıqda və ya təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyi dövlət qeydiyyatına alındığı gün qeydiyyat sənədləri hüquqi şəxsin elektron kabinetinə göndərilir.

Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları” Qərarında dəyişiklik edilməsinə zərurət yaranmışdır.

Həmin qaydaların “Dövlət reyestrindən istifadə” 6-cı hissəsinə yeni 6.1-1-ci bənd əlavə edilməklə hüquqi tənzimlənməsi təmin edilmişdir. 

Həmin bəndə əsasən kommersiya qurumları və publik hüquqi şəxslər dövlət qeydiyyatına alındıqda və ya təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyi dövlət qeydiyyatına alındığı gün qeydiyyat sənədləri (dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış, nizamnamə və ya nizamnaməyə dəyişiklik) hüquqi şəxsin elektron kabinetinə göndəriləcəkdir.

Leave a Reply Cancel reply