Bu il 449 doğumu dövlət qeydiyyatına alınmamış uşaq aşkar edilib

Son 5 il ərzində qeydiyyat şöbələri tərəfindən əvvəlki illərdə doğulmuş və doğumu dövlət qeydiyyatına alınmamış uşaqların doğumunun qeydə alınmasına dair statistika açıqlanıb.

TIME bildirir ki, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə 2018-ci ilə 2167 belə hal oldu]unu qeyd edib:

“Onlardan 2054-ü aşkarlanıb, 2019-cu ildə bu rəqəm 1980 olub, 1813-ü aşkarlanıb. 2020-ci ildə doğumu qeydə alınmayan uşaqların sayı 1312 olub, onlardan 1205 fakt aşkar edilib. 2021-ci ildən sonra isə bu hallar müəyyən qədər azalıb. 2021-ci ildə 972-i uşağın doğum haqda qeydiyyatı olmayıb, onlardan 937-i aşkar edilib. Bu il mayın 1-ə qədər isə bu rəqəm 449 -dur. Onlardan 421-i aşkar edilərək qeydiyyata götürülüb”.

Leave a Reply