Qarabağda təhsil müəsissələrinin tikintisinə 2 milyon manat ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyev Füzuli Peşə Liseyinin və Şuşa Real Məktəbinin binalarının layihələndirilməsi, bərpası və tikintisi ilə bağlı Sərəncamlar imzalayıb.

TIME rəsmi məndəyə istinadən bildirir ki, Sərncama əsasən Füzuli Peşə Liseyinin binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Digər Sərəncama əsasən Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Sərəncamlarda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Leave a Reply