POS-terminalların qeydiyyatı ilə bağlı bir sıra proseslər sadələşdirildi

Nazirlər Kabinetinin 192 № li Qərarına əsasən POS-terminalların qeydiyyatı ilə bağlı bir sıra proseslər sadələşdirilib.

TIME rəsmi məndəyə istinadən bildirir ki, Qərar ilə nağdsız ödənişlərin qəbulunda lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihazların da POS-terminal kimi istifadəsi üçün hüquqi əsas yaradılmış, POS-terminalların qeydiyyatı ilə bağlı bir sıra proseslər sadələşdirilmişdir.

Müvafiq dəyişiklik ucuz ödəniş üsullarından hesab edilən “mPOS” texnologiyasının tətbiqini təmin etməklə nağdsız ödənişlərin genişləndirilməsini, rəqəmsal ödənişlərin qəbulu üzrə alternativ həllərin artmasını, pərakəndə ticarət  dövriyyəsinin daha da şəffaflaşdırılmasını, bank və sahibkarların xərclərinin azaldılması təmin ediləcəkdir.

Leave a ReplyCancel reply